Türkiyədə axtarışda olan Gürcüstan vətəndaşı "Qırmızı körpü"də saxlanılıb

Region
  • 26 sentyabr, 2016
  • 12:23
Türkiyədə axtarışda olan Gürcüstan vətəndaşı Qırmızı körpüdə saxlanılıb

Bakı. 26 sentyabr. REPORT.AZ/ "İnterpol"un Türkiyə bürosu tərəfindən barəsində axtarış elan edilən Gürcüstan vətəndaşı "Qırımızı körpü" sərhəd-keçid məntəqəsində tutulub.

"Report" Gürcüstan KİV-ə istinadən xəbər verir ki, 1977-ci ildə anadan olmuş Yaşar O. Azərbaycandan Gürcüstana gedirmiş.

Saxlanılan şəxs Türkiyə Cinayət Məcəlləsinin silahlı qarət, qanunsuz odlu silah gəzdirmək və başqa bir neçə maddəsi ilə ittiham olunur.