Türkiyədə azərbaycanlı yol qəzasında xəsarət alıb.
“Report” “Anadolu”ya istinadən xəbər verir ki, türkiyəli Səfər B-nin idarə etdiyi avtobus dayanacaqda dayanmış şəxslərə, daha sonra mikroavtobusa çırpılıb.
Hadisə nəticəsində 51 yaşlı Hikmət Kaya ölüb. Azərbaycanlı Əhməd Rzayev, həmçinin türkiyəli Fatma O, Yeter Bayqın, Oruç, Fehim Aydın və əlcəzairli Messaouda Marike yaralanıblar.
Soydaşımızın durumunun ağır olduğu bildirilib. O, yaxınlıqdakı klinikaya yerləşdirilib.
Avtobus sürücüsü saxlanılıb.