Türkiyədə avtobus aşıb, 2 nəfər ölüb, 25 nəfər yaralanıb

Region
  • 21 iyun, 2018
  • 10:58
Türkiyədə avtobus aşıb, 2 nəfər ölüb, 25 nəfər yaralanıb

Bakı. 21 iyun. REPORT.AZ/ Türkiyənin Bursa əyalətinin Harmancık rayonu yaxınlığında avtobusun aşması nəticəsində 2 nəfər ölüb, 25 nəfər yaralanıb.

“Report” “Haber7”yə istinadən xəbər verir ki, sürücü idarəetməni itirib və nəticədə avtobus aşıb.

Bildirilib ki, sərnişinlər yas yerinə gedirmiş.

Yaralılar Harmancık dövlət xəstəxanasına yerləşdiriliblər.