Türkiyədə avtobus aşıb, 1 nəfər ölüb, 37 nəfər yaralanıb

Region
  • 16 noyabr, 2019
  • 06:33
Türkiyədə avtobus aşıb, 1 nəfər ölüb, 37 nəfər yaralanıb

Türkiyənin Aksaray şəhərində sərnişin avtobusunun aşması nəticəsində bir nəfər ölüb, 37 nəfər yaralanıb.

“Report” DHA-ya istinadən xəbər verir ki, hadisə noyabrın 16-sı səhər saatlarında Aksaray-Ankara avtomobil yolunda baş verib.

Qəzaya səbəb havanın dumanlı olması göstərilir.