Türkiyədə ana və 2 yaşlı körpəsi 28 saat sonra zəlzələ dağıntıları altından sağ çıxarılıb - FOTO

Region
  • 26 yanvar, 2020
  • 02:38
Türkiyədə ana və 2 yaşlı körpəsi 28 saat sonra zəlzələ dağıntıları altından sağ çıxarılıb - FOTO

Türkiyədə baş verən zəlzələdən sonra dağıntıları altında qalan insanların xilas etdirilməsi işləri davam etdirilir.

 Antonio Silvestri
Antonio Silvestri

Bu barədə “Report” “Anadolu” agentliyinə istinadən xəbər verir. 

Qeyd edilir ki, Elazığın Mustafa Paşa məhəlləsində zəlzələ zamanı dağılan binada 2 yaş yarımlıq Yüsra Yıldız 24 saat sonra xilasedicilər tərəfindən xilas edilib. Məlumata görə, bundan 4 saat sonra azyaşlının dağıntılar arasında qalan anasının sağ olduğu məlum olub. Xilasedicilər azyaşlının anası Ayşə Yıldızı da dağıntılar altından çıxarıblar. Ana və övladı xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, yanvarın 24-də Türkiyənin Elazığ və Malatya şəhərlərində 6,8 bal gücündə zəlzələ olub. Nəticədə 31 nəfər ölüb, 1466 nəfər yaralanıb.

Şəhərdə axtarış-xilasetmə işləri davam etdirilir.

44 filmi