Türkiyədə ağır yol qəzası oldu, onlarla yaralı var - FOTO

Region
  • 14 mart, 2020
  • 04:27
Türkiyədə ağır yol qəzası oldu, onlarla yaralı var - FOTO

Türkiyədə ağır yol qəzası baş verib.

“Report”un məlumatına görə, bu barədə “Anadolu” agentliyi xəbər yayıb.

Qeyd edilir ki, Aksaray-Adana magistral yolunda sərnişin avtobusunun yük avtomobili ilə toqquşması nəticəsində 42 nəfər xəsarət alıb.

Hadisə yerinə xilasedicilər, yanğınsöndürənlər və təcili yardım cəlb edilib.

Qəza ilə əlaqədar yük avtomobilinin sürücüsü saxlanılıb.