Türkiyədə ağır yol qəzası baş verib, ölənlər və yaralananlar var

Türkiyədə ağır yol qəzası baş verib, ölənlər və yaralananlar var Türkiyənin şimalında yerləşən Bartın şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Region
3 Oktyabr , 2021 11:31
Türkiyədə ağır yol qəzası baş verib, ölənlər və yaralananlar var

Türkiyənin şimalında yerləşən Bartın şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Avtobusun idarəetməni itirərək aşması nəticəsində şəhərin bələdiyyə sədrinin köməkçisi də Ahmet Komeç daxil olmaqla 2 nəfər ölüb.

Daha 17 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Xəstəxanada müalicə alan yaralılardan 4-nün vəziyyətinin ağır olduğu bildirilir.

Qeyd edək ki, bələdiyyə sədri Cemal Akın da qəza vaxtı avtobusda olub. Onun vəziyyəti qənaətbəxş qiymətləndirilir.

Son xəbərlər

Orphus sistemi