Türkiyədə 44 miqrant xilas edilib

Region
  • 19 noyabr, 2018
  • 13:45
Türkiyədə 44 miqrant xilas edilib

Bakı. 19 noyabr. REPORT.AZ/ Türkiyə Sahil Mühafizə Xidmətinin əməkdaşları 44 miqrantı xilas edib.

“Report” “THMhaber”ə istinadən xəbər verir ki, məlumatı Türkiyə Sahil Mühafizə Xidməti yayıb.

Hadisə Egey dənizində Balıkəsir əyalətinin Ayvalıq rayonunun Yurmutalıq adasında baş verib. Türkiyə Sahil Mühafizə Xidmətinin əməkdaşları adaya yaxın ərazidə miqrantları daşıyan qayığın batmaq üzrə olduğu xəbərini aldıqdan sonra bölgəyə 2 helikopter və bir qayıq xilasedici yollanıb.

Xilas edilənlər arasında uşaq və qadınlar da var. 

44 filmi