Türkiyədə 14 terrorçu zərərsizləşdirilib

Türkiyədə 14 terrorçu zərərsizləşdirilib Bakı. 13 noyabr. REPORT.AZ/ Türkiyədə 14 terrorçu zərərsizləşdirilib.
Region
13 Noyabr , 2018 07:58
Türkiyədə 14 terrorçu zərərsizləşdirilib

Bakı. 13 noyabr. REPORT.AZ/ Türkiyədə 14 terrorçu zərərsizləşdirilib.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edilir ki, bu məqsədlə ölkə ərazisində 2388 əməliyyat keçirilib. Əməliyyatlar zamanı 7 terrorçu ələ keçirilib, daha 7 nəfər isə silahı yerə qoyaraq könüllü təslim olub.

Ölkə ərazisində terror birləşmələrində iştiraka görə 747 nəfər saxlanılıb. Onlardan 144-ü PKK terrorçularına yardım edib. Əməliyyatlar ölkənin on əyalətində keçirilib.

Əməliyyatlar zamanı terrorçuların 28 sığınacağı məhv edilib, 15 əldəqayırma partlayıcı qurğu zərərsizləşdirilib. Həmçinin əməliyyatlar çərçivəsində 11 əl qumbarası, 289 kiloqram partlayıcı maddə, 24 ədəd silah və 515 döyüş sursatı götürülüb.

Son xəbərlər

Orphus sistemi