Türkiyədə 100 nəfər zəhərli qazdan zəhərlənib

Region
  • 16 yanvar, 2016
  • 19:21
Türkiyədə 100 nəfər zəhərli qazdan zəhərlənib

Bakı. 16 yanvar. REPORT.AZ/ Türkiyənin Çankırı vilayətinin Şabanözü rayonunda yerləşən corab istehsalı müəssisəsində zəhərli qaz ətrafa sızıb. Nəticədə azı 100 fəhlə zəhərlənərək müxtəlif xəstəxanalara yerləşdirilib.

"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, əməkdaşlardan 15-inin vəziyyəti ağırdır. 

Hadisə ilə bağlı araşdırma aparılır.

44 - Tezliklə