​Türkiyədə 1,5 ton partlayıcı yüklü avtomobil məhv edilib

Region
  • 11 avqust, 2016
  • 06:03
​Türkiyədə 1,5 ton partlayıcı yüklü avtomobil məhv edilib

Bakı. 11 avqust. REPORT.AZ/ Türkiyənin Bitlis əyalətinin Tatvan rayonunda içərsində 1,5 ton partlayıcı yüklənən avtomobil saxlanılaraq məhv edilib.

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Mikroavtobusa partlayıcı maddə əyalətdə terror aktı həyata keçirmək üçün yüklənibmiş.