Türkiyə vətəndaşı Gürcüstanda kazinoda bir qadını qətlə yetirib, digərini yaralayıb

Türkiyə vətəndaşı Gürcüstanda kazinoda bir qadını qətlə yetirib, digərini yaralayıb Tbilisi. 24 noyabr. REPORT.AZ/ Gürcüstanın Batumi şəhərində yerləşən kazinolardan birində qətl törədilib.
Region
24 Noyabr , 2018 11:47
Türkiyə vətəndaşı Gürcüstanda kazinoda bir qadını qətlə yetirib, digərini yaralayıb

Tbilisi. 24 noyabr. REPORT.AZ/ Gürcüstanın Batumi şəhərində yerləşən kazinolardan birində qətl törədilib.

“Report”un Gürcüstan bürosunun verdiyi xəbərə görə, hadisə ötən gecə saat 04:00 radələrində baş verib.

1961-ci il təvəllüdlü Türkiyə vətəndaşı qısqanclıq zəminində bıçaqla kazinoda Özbəkistan vətəndaşı olan 2 qadına hücum edib. Nəticədə ürəyindən bıçaq yarası alan 31 yaşlı qadın yerindəcə ölüb. Yaralanan digər 38 yaşlı qadın isə xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin sabit olduğu bildirilir.

Polis cinayətkarı hadisə yerində saxlayıb. Gürcüstan Daxili İşlər Nazirliyi faktla bağlı istintaq aparır. Türkiyə vətəndaşını 7 ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir. 

Son xəbərlər

Orphus sistemi