Türkiyə və Səudiyyənin baş prokurorları jurnalistin öldürülməsi işini müzakirə edirlər
Region
- 29 oktyabr, 2018
- 08:34
Camal Qaşıqçı
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 29 oktyabr. REPORT.AZ/ Səudiyyə Ərəbistanının Baş prokuroru Səud Müceb müxalif jurnalist, "Vaşinqton post" qəzetinin əməkdaşı Camal Qaşıqçının öldürülməsinə görə Türkiyəyə gəlib.
“Report” “Hürriyet”ə istinadən xəbər verir ki, hazırda İstanbulda Türkiyənin Baş prokuroru İrfan Fidan ilə Səud Müceb arasında görüş keçirilir.
Tərəflər Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda öldürülən jurnalist C.Qaşıqçı ilə bağlı cinayət işinin istintaqı və qətlin üstünün açılması məsələsini müzakirə edirlər.
S.Mücebin jurnalistin öldürüldüyü Baş Konsulluğa baxış keçirəcəyi gözlənilir.
Qeyd edək ki, Səud Mücebi Camal Qaşıqçının öldürülməsinin əvvəlcədən planlaşdırıldığını bildirmişdi.
Son xəbərlər
01:39
Bolqarıstanda prezident seçkilərinin ikinci turu keçiriləcək
Digər ölkələr
01:21
İranda baş verən yol qəzasında doqquz nəfər həlak olub
Region
00:54
Fransada etiraz aksiyalarında 511 nəfər saxlanılıb - Yenilənib-2
Digər ölkələr
00:27
Tusk Konstitusiya Məhkəməsi məsələsində Polşa Prezidenti ilə kompromisə getməyəcəyini açıqlayıb
Digər ölkələr
00:09
Rubio ərzaq ticarətindən siyasi təzyiq üçün istifadə etməməyə çağırıb
Digər ölkələr
23:44
Folker Türk husilərin əsirliyində olan BMT əməkdaşının öldüyünü açıqlayıb
Digər ölkələr
23:27
Yeddi "OPEC+" ölkəsi neft hasilatı kvotasını dəyişməmək barədə razılığa gəlib
Energetika
22:43
Nigeriyada iki nəfərin ebola virusuna yoluxduğu ehtimal olunur
Digər ölkələr
22:39
Foto
Azərbaycanın daha iki cüdoçusu Avropa çempionu olub
Fərdi