Türkiyə və Rusiya xarici işlər nazirlərinin görüşü Belqradda keçiriləcək

Türkiyə və Rusiya xarici işlər nazirlərinin görüşü Belqradda keçiriləcək Bunu Türkiyənin Avropa Birliyi naziri Volkan Bozkır deyib
Region
26 noyabr 2015 10:42
Türkiyə və Rusiya xarici işlər nazirlərinin görüşü Belqradda keçiriləcək

Bakı. 26 noyabr. REPORT.AZ/ Türkiyə və Rusiyanın xarici işlər nazirlərinin - Mevlüt Çavuşoğlu və Sergey Lavrovun görüşü Belqradda keçiriləcək. "Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Türkiyənin Avropa Birliyi naziri Volkan Bozkır məlumat verib.

"Rusiya və Türkiyə xarici işlər nazirlərinin görüşü 2-4 dekabr tarixlərində Belqradda keçiriləcək", - Bozkır bildirib.

Rusiya tərəfi hələlik görüşün keçiriləcəyini təsdiqləməyib.

Qeyd edək ki, dekabrın 3-4-də Belqradda ATƏT ölkələrinin xarici işlər nazirlərinin Şurası keçiriləcək.

Son xəbərlər

Orphus sistemi