Türkiyə və Gürcüstanın müdafiə nazirləri regiondakı vəziyyəti müzakirə ediblər

Türkiyə və Gürcüstanın müdafiə nazirləri regiondakı vəziyyəti müzakirə ediblər Türkiyənin milli müdafiə naziri Hulusi Akar və Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze arasında görüş olub.
Region
5 Oktyabr , 2021 11:13
Türkiyə və Gürcüstanın müdafiə nazirləri regiondakı vəziyyəti müzakirə ediblər
0 : 00
0 : 00

Türkiyənin milli müdafiə naziri Hulusi Akar və Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze arasında görüş olub.

“Report”un yerli bürosu xəbər verir ki, görüşdə iki ölkə arasında əməkdaşlıq, hərbi-texniki, təhsil və birgə hərbi təlimlərin təşkili məsələləri nəzərdən keçirilib.

Tərəflər regiondakı mövcud vəziyyəti də müzakirə ediblər. Bölgədə sülhün və təhlükəsizliyin təmin olunması, qorunması sahəsində həm ikitərəfli, həm də üçtərəfli əməkdaşlığın mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb.

Son xəbərlər

Orphus sistemi