Türkiyə və Fransa liderləri Ukraynadakı vəziyyəti müzakirə edib

Türkiyə və Fransa liderləri Ukraynadakı vəziyyəti müzakirə edib Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.
Region
5 May , 2022 21:54
Türkiyə və Fransa liderləri Ukraynadakı vəziyyəti müzakirə edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.

"Report" xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.

Söhbət zamanı regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Türkiyə olaraq Ukraynadakı müharibəni diplomatiya yolu ilə bitirmək üçün hər cür səy göstərdiklərini ifadə edən Ərdoğan danışıqlar prosesinə dəstək verilməsinin vacibliyini vurğulayıb.

Son xəbərlər

Orphus sistemi