Türkiyə Suriyadakı kürd qruplarına silah verən ölkələrə xəbərdarlıq edib

Türkiyə Suriyadakı kürd qruplarına silah verən ölkələrə xəbərdarlıq edib Əhməd Davudoğlu: "Ölkəmizə qarşı savaşan terror qruplaşmaları ilə əməkdaşlıq edilməsinə icazə verməyəcəyik"
Region
14 Oktyabr , 2015 15:32
Türkiyə Suriyadakı kürd qruplarına silah verən ölkələrə xəbərdarlıq edib

Bakı. 14 oktyabr. REPORT.AZ/ "ABŞ "əl-Qaidə"yə bağlı qruplara qarşı necə mübarizə aparırdısa, Türkiyə də terrorçu PKK ilə əlaqəsi olanlarla elə davranacaq".

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Əhməd Davudoğlu Bolqarıstanın baş naziri Boyko Borisovla Ankarada keçirdiyi birgə mətbuat konfransında jurnalistin "ABŞ-ın "PYD"yə (terrorçu PKK-nın Suriyadakı qolu "Demokratik Birlik Partiyası") silah yardımına necə baxırsız" sualına cavabında deyib.

Ə.Davudoğlu deyib ki, Türkiyə silah yardımlarına icazə verməyəcək: "ABŞ-ın xoş niyyətlə İraq ordusuna verdiyi silahlar İŞİD-in əlinə necə keçibsə, "PYD"yə veriləcək silahların da PKK-nın əlinə keçməyəcəyinə heç kim təminat verə bilməz. Bölgədə silah bazasının yaradılmasına icazə vermərik. Ona görə də bu məsələyə münasibətimiz qətidir. Bunu ABŞ və Rusiyaya da çatdırmışıq. Türkiyəyə qarşı savaşan terror qruplaşmaları ilə əməkdaşlıq edilməsinə icazə verməyəcəyik".

Qeyd edək ki, ABŞ terrorçu PKK-nın Suriyadakı qolu "PYD"yə 27 konteyner və ya 50 ton silah-sursat göndərib. Türkiyənin tələbinə baxmayaraq, ABŞ bu məsələ ilə bağlı hələ də rəsmi açıqlama verməyib. 

Son xəbərlər

Orphus sistemi