Bakı. 16 iyul. REPORT.AZ/ Hərbi çevrilişə cəhd nəticəsində girov götürülən Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Hulusi Akar azad edilib.
"Report" xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Məlumata görə, Baş Qərargah rəisi hazırda təhlükəsiz bir yerdədir. Onun durumunun normal olduğu bildirilib.
Xəbərə görə, H.Akar çevrilişə cəhdə qarşı əməliyyata rəhbərliyi öz üzərinə götürüb.