Türkiyə Silahlı Qüvvələri İraqın şimalında 9 terrorçunu zərərsizləşdirib

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında 9 terrorçunu zərərsizləşdirib “Əməliyyat qətiyyətlə davam edəcək”
Region
19 Aprel , 2021 19:06
Türkiyə Silahlı Qüvvələri İraqın şimalında 9 terrorçunu zərərsizləşdirib

Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında keçirdiyi antiterror əməliyyatı nəticəsində terrorçu PKK-nın 9 silahlısı məhv edilib.

“Report” xəbər verir ki, məlumat Türkiyə Silahlı Qüvvələrinin tvitter səhifəsində yayılıb.

Bildirilib ki, Silahlı Qüvvələr Türkiyə sərhədlərindən kənarda da antiterror əməliyyatını davam etdirir: “Terrorçuların yerləri təsbit olunaraq məhv edilir”.

Məlumata görə, İraqın şimalındakı Metina rayonunda keçirilən son əməliyyat nəticəsində 9 terrorçu zərəsizləşdirilib: “Əməliyyat qətiyyətlə davam edəcək”.

Son xəbərlər

Orphus sistemi