Bakı. 8 aprel. REPORT.AZ/ Türkiyənin "MAKİNA" və Kimya Sənayesi Qurumu Silah Fabrikinin müdiri Mustafa Tanrıverdi ABŞ-da silah fabriki olan türkiyəli iş adamı K.K.-ya "MP-5" və "MPT-76" (Milli Piyada Tüfəngi) markalı silahların çertyojunu və istehsal planlarını satarkən tutulub.
"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.
Mustafa Tanrıverdi günahını etiraf edərək, bunları söyləyib: "1987-ci ildən bəri bu qurumda müxtəlif vəzifələrdə işləmişəm. "MPT-76" adlı piyada tüfənginin istehsalının başlanğıcından indiyədək bütün mərhələlərində fəal olaraq, fəaliyyət göstərmişəm".
O, bu tüfəngin NATO standartlarına cavab verdiyini də vurğulayıb.
M.Tanrıverdiyə qarşı "səlahiyyətlərindən sui-istifadə", "dövlətə xəyanət" və "rüşvət almaq və vermək" maddələri əsasında ittiham irəli sürülüb.