​Türkiyə Rusiyanın "S-400"ünə qarşı tədbir görüb

​Türkiyə Rusiyanın "S-400"ünə qarşı tədbir görüb Bu sistem təhdidedici raket, təyyarə uçuşlarını və radarların siqnallarını qeyd edərək, onları zərərsizləşdirir
Region
3312
30 Noyabr , 2015 11:07
​Türkiyə Rusiyanın S-400ünə qarşı tədbir görüb

Bakı. 30 noyabr. REPORT.AZ/ Türkiyə Suriya ilə sərhədə "Koral" adlı yeni Hava Hücumundan Müdafiə Sistemi quraşdırıb.

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Məlumata görə, Türkiyənin bu addımı atmasına səbəb Rusiyanın Suriyaya "S-400" zenit-raket qurğusu yerləşdirməsi olub.

Bu sistem təhdidedici raket, təyyarə uçuşlarını və radarların siqnallarını qeyd edərək, onları zərərsizləşdirir.

"Koral" sistemi 2015-ci ildən Türkiyə Silahlı Qüvvələrinin inventarları siyahısına daxil edilib və ilk dəfə Egey dənizindəki hava sərhədinin qorunması üçün İzmirdə quraşdırılıb. 

Son xəbərlər

Orphus sistemi