Türkiyə Rusiya ilə ticarətdə məhdudiyyətlərin tam aradan qaldırılmasını istəyir

Türkiyə Rusiya ilə ticarətdə məhdudiyyətlərin tam aradan qaldırılmasını istəyir Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib
Region
14 Noyabr , 2017 04:52
Türkiyə Rusiya ilə ticarətdə məhdudiyyətlərin tam aradan qaldırılmasını istəyir

Bakı. 14 noyabr. REPORT.AZ/ "Ankara istərdi ki, Rusiya ilə ticarətdə mövcud məhdudiyyətlər aradan qaldırılsın".

“Report” xəbər verir ki, bunu Soçidə rusiyalı həmkarı Vladimir Putin ilə görüşdən sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"Ötən ay Kazanda hökumətlərarası komissiyanın iclası keçirildi. Biz məmnunluqla öyrəndik ki, iclas zamanı badımcan, pomidor, nar və digər kənd təsərrüfatı məhsullarının Rusiyaya ixracının yüngülləşdirilməsi üzrə qərar qəbul olunub. Lakin biz istərdik ki, qalan digər məhdudiyyətlər də aradan qaldırılsın", — deyə Ərdoğan bildirib.

Son xəbərlər

Orphus sistemi