Türkiyə Prezidenti “Mançester Siti” klubunu təbrik edib

Türkiyə Prezidenti “Mançester Siti” klubunu təbrik edib Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan UEFA Çempionlar Liqasının (ÇL) 2022/2023 mövsümünün final oyununda İtaliyanın “İnter” komandası üzərində qalib gələn İngiltərənin “Mançester Siti” klubunu təbrik edib.
Region
11 İyun , 2023 02:14
Türkiyə Prezidenti “Mançester Siti” klubunu təbrik edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan UEFA Çempionlar Liqasının (ÇL) 2022/2023 mövsümünün final oyununda İtaliyanın “İnter” komandası üzərində qalib gələn İngiltərənin “Mançester Siti” klubunu təbrik edib.

“Report” xəbər verir ki, bu barədə Türkiyə lideri tviter hesabında paylaşıb edib:

“Sivilizasiyaların beşiyi, Türkiyənin göz bəbəyi İstanbulumuzun ev sahibliyi ilə Atatürk Olimpiya Stadionunda oynayan dünyanın ən böyük idman təşkilatlarından biri olan Çempionlar Liqasının finalında çempionluq qazanan “Mançester Siti” komandasını təbrik edirəm.

Türkiyənin qonaqpərvərliyini bir daha sübut edən və bu böyük tədbiri rahat və uğurlu təşkilində əməyi olan hər kəsə təşəkkür edirəm”-deyə, o bildirib.

Son xəbərlər

Orphus sistemi