Türkiyə Prezidenti: Yaxın Şərqdəki müharibənin daha geniş əraziyə yayılma ehtimalı istisna deyil

Türkiyə Prezidenti: Yaxın Şərqdəki müharibənin daha geniş əraziyə yayılma ehtimalı istisna deyil Dünyada, az qala, hər gün yeni bir böhran, gərginlik başlayır.
Region
23 Sentyabr , 2024 11:02
Türkiyə Prezidenti: Yaxın Şərqdəki müharibənin daha geniş əraziyə yayılma ehtimalı istisna deyil

Dünyada az qala hər gün yeni bir böhran, gərginlik başlayır.

“Report” xəbər verir ki, bunu ABŞ-də səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk evini ziyarət edərkən deyib.

O bildirib ki, belə olan halda daha ədalətli beynəlxalq sistemə ehtiyac var: “BMT-nin islahatlara ehtiyacı var. Bunu artıq hər kəs anlayır. Biz hər fürsətdə bu çağırışı dilə gətiririk”.

R.T.Ərdoğanın sözlərinə görə, rəsmi Ankara Ukraynadakı müharibənin ilk günündən etibarən ədalətli həll yolu üçün çalışır: “İstanbulda keçirilən müzakirələr Türkiyənin aktiv vasitəçilik rolunun təzahürüdür. Ancaq məlum qüvvələr bu cəhdlərin nəticə verməsinə mane oldu. Biz bütün hallarda savaşın daha geniş miqyasda yayılmasının qarşısının alınması üçün çalışırıq”.

Türkiyə lideri bildirib ki, PKK, PYD, YPG, İŞİD, FETÖ kimi terror təşkilatlarına qarşı mübarizə təkcə Türkiyənin yox, həm də regionun təhlükəsizliyi üçündür.

Yaxın Şərqdəki müharibə barədə də danışan R.T.Ərdoğan döyüşlərin daha geniş əraziyə yayılma ehtimalını istisna etməyib.

Son xəbərlər

Orphus sistemi