Türkiyə Milli Təhlükəsizlik Şurası: “Suriyada əməliyyat gözlənilən nəticə əldə olunana qədər davam edəcək"

Türkiyə Milli Təhlükəsizlik Şurası: “Suriyada əməliyyat gözlənilən nəticə əldə olunana qədər davam edəcək" Suriyanın şimalında həyata keçirilən “Sülh çeşməsi” antiterror əməliyyatı gözlənilən nəticə əldə olunana qədər davam etdiriləcək.
Region
27 Noyabr , 2019 02:30
Türkiyə Milli Təhlükəsizlik Şurası: “Suriyada əməliyyat gözlənilən nəticə əldə olunana qədər davam edəcək

Suriyanın şimalında həyata keçirilən “Sülh çeşməsi” antiterror əməliyyatı gözlənilən nəticə əldə olunana qədər davam etdiriləcək.

“Report” Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçirilən Türkiyə Milli Təhlükəsizlik Şurasının iclası haqqında yazılı açıqlamada bildirilib.

“Bölgədə sülh və sabitliyin təmin edilməsi üçün həyata keçirilən əməliyyat gözlənilən nəticələr əldə olunana qədər davam etdiriləcək. Bu zaman yerli sakinlərin xəsarət almaması üçün lazımi tədbirlər görüləcək”.

Türkiyənin Milli Təhlükəsizlik Şurası, ölkənin İŞİD terror təşkilatına qarşı qətiyyətli mübarizəsini davam etdirəcəyini və bu istiqamətdə hər cür əməkdaşlığa açıq olduğunu bəyan edib.

Son xəbərlər

Orphus sistemi