Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu il iyunun sonunda “Böyük-20”liyin (“G-20”) Yaponiyada keçiriləcək zirvə toplantısı çərçivəsində ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək.
“Report” “Haber7”yə istinadən xəbər verir ki, sammit iyunun 28-29-da Yaponiyanın Osaka şəhərində keçiriləcək.
Bildirilib ki, Rəcəb Tayyib Ərdoğan Donald Trampla Rusiyadan təhvil alınacaq “S-400” zenit-raket kompleksi, “F-35” qırıcıları proqramında Türkiyənin iştırakı, Suriyanın şimalında təhlükəsiz bölgənin yaradılması və ikitətərfli əlaqələrin gərginləşməsinə səbəb olan başqa bu kimi məsələləri müzakirə edəcəklər.
Türkiyə liderinin Rusiya prezidenti ilə Suriyanın İdlib bölgəsindəki vəziyyətlə yanaşı, “S-400”ün təhvilinə dair məsələlərin müzakirəsi gözlənilir.