Türkiyədə zəlzələ zamanı xəsarət alanların sayı artdı - FOTO - YENİLƏNİB-3

Türkiyədə zəlzələ zamanı xəsarət alanların sayı artdı - FOTO - YENİLƏNİB-3 İranla sərhəddə baş vermiş zəlzələ zamanı Türkiyədə xəsarət alanların sayı 50 nəfərə çatıb.
Region
23 Fevral , 2020 21:32
Türkiyədə zəlzələ zamanı xəsarət alanların sayı artdı - FOTO - YENİLƏNİB-3

İranla sərhəddə baş vermiş zəlzələ zamanı Türkiyədə xəsarət alanların sayı 50 nəfərə çatıb.  

"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib. 

"Van vilayətində zəlzələ zamanı xəsarət alan 50 nəfərin hamısına zəruri tibbi yardım göstərilib. Vəziyyəti cərrahi müdaxilə tələb edən xəstələrin hamısı əməliyyat olunub. Hazırda iki yaralı reanimasiyadadır", - nazir bildirib. 

Qeyd edək ki, zəlzələ zamanı 9 nəfər ölüb.


***16:02

İranla sərhəddə baş vermiş zəlzələ zamanı Türkiyədə ölənlərin sayı 9 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Süleyman Soylu bildirib.

Nazir qeyd edib ki, təbii hadisə zamanı xəsarət alanların sayı 37 nəfərə çatıb. 

Daha əvvəl zəlzələ zamanı 8 nəfərin öldüyü, 21 nəfərin xəsarət aldığı bildirilirdi. 


***13:02

İranla sərhəddə baş vermiş zəlzələ zamanı Türkiyədə ölənlərin sayı 8 nəfərə çatıb.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib.

O, qeyd edib ki, zəlzələ zamanı 21 nəfər xəsarət alıb. Nazir yaralılardan 8-nin vəziyyətinin ağır olduğunu qeyd edib. 

Təbii hadisə həmçinin dağıntılara səbəb olub, yaşayış evləri zərər çəkib.


***12:13

Türkiyənin İranla sərhədindəki zəlzələ zamanı bu ölkənin bir neçə vətəndaşı həlak olub.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu “Haber Türk” telekanalının efirində bildirib.

O qeyd edib ki, zəlzələ zamanı Van vilayətində 7 nəfər ölüb. Nazirin sözlərinə görə, ölkənin daha 5 vətəndaşı müxtəlif xəsarətlər alıblar. Yaralılar xəstəxanalara yerləşdiriliblər.

Qeyd edək ki, İran-Türkiyə sərhədində 5,7 maqnitudada zəlzələ olub. Zəlzələ ocağı 5 kilometr dərinlikdə yerləşib. Yeraltı təkanların episentri Təbrizdən 141 kilometr qərbdə yerləşib.

Son xəbərlər

Orphus sistemi