Türkiyə hərbçiləri terrorçuların Afrindəki mövqelərinə zərbələr endirib

Türkiyə hərbçiləri terrorçuların Afrindəki mövqelərinə zərbələr endirib Hatay əyalətinin Kırıkhan və Hassa rayonlarından Suriyadakı əks tərəfə 10 top atəşi edilib
Region
19 Yanvar , 2018 15:26
Türkiyə hərbçiləri terrorçuların Afrindəki mövqelərinə zərbələr endirib

Bakı. 19 yanvar. REPORT.AZ/ Türkiyə Silahlı Qüvvələri terrorçu PKK-nın Suriyadakı PYD və YPG-yə aid qollarının mövqelərinə artilleriya zərbələri endiriblər.

“Report” "Haber7"yə istinadən xəbər verir ki, Türkiyənin Hatay əyalətinin Kırıkhan və Hassa rayonlarından Suriyadakı əks tərəfə 10 top atəşi edilib.

PYD və YPG terrorçuları Afrin bölgəsindən Türkiyə ərazisinə təcavüz xarakterli atəş açdıqları üçün qarşı tərəf qanunla cavab zərbəsi endirib. 

Son xəbərlər

Orphus sistemi