Bakı. 14 dekabr. REPORT.AZ/ Bu gün Türkiyə polisi yenidən dini lider Fətullah Gülən tərəfdarlarının həbsini həyata keçirib.
"Report" xəbər verir ki, reyd və axtarışlar ölkənin 13 şəhərində, eləcə də, "Zaman" qəzetinin İstanbuldakı redaksiyasında aparılıb.
Müxtəlif məlumatlara görə, reydlər zamanı 14-32 nəfər saxlanılıb.
Gülən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın əsas rəqiblərindən biri hesab olunur. Türkiyə hökuməti dini liderin rəhbərlik etdiyi "Hizmət" hərəkatını dövlət insititutlarını sarsıtmaq və ölkədəki stabilliyi pozmaq cəhdlərində ittiham edir.