İrəvanda aksiyada saxlanılan ASALA terrorçusu sərbəst buraxılıb - YENİLƏNİB

İrəvanda aksiyada saxlanılan ASALA terrorçusu sərbəst buraxılıb - YENİLƏNİB Ermənistanın paytaxtı İrəvanda davam edən aksiyalarda ASALA terror təşkilatının üzvü Ambik Sasunyan saxlanılıb
Region
5 May , 2022 13:50
İrəvanda aksiyada saxlanılan ASALA terrorçusu sərbəst buraxılıb - YENİLƏNİB

Ermənistanın paytaxtı İrəvanda saxlanılan ASALA terrorçusu Ambik Sasunyan sərbəst buraxılıb. 

“Report” xəbər verir ki, bu barədə “Ermənistan” blokunun feysbuk səhifəsində paylaşım edilib.

A.Sasunyanın sözlərinə görə, etiraz aksiyasında iştirak edib və polisdən gənclərin niyə saxlanıldığını soruşduğuna görə saxlanılaraq bölməyə aparılıb.

10:54

Ermənistanın paytaxtı İrəvanda davam edən aksiyalarda ASALA terror təşkilatının üzvü Ambik Sasunyan saxlanılıb.

“Report” xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Ruben Məlikyan sosial şəbəkədə məlumat yayıb.

Qeyd edək ki, A.Sasunyan 80-ci illərdə Türkiyənin Los-Ancelesdəki baş konsulu Kamal Arıkanı qətlə yetirməkdə təqsirli bilinərək ömürlük həbs cəzasına məhkum edilib. O, 2021-ci ildə həbsdən azad edilib və Ermənistana köçüb.

Son xəbərlər

Orphus sistemi