Türkiyə boğazları hərbi gəmilər üçün bağlaya bilər

Region
  • 28 fevral, 2020
  • 09:12
Türkiyə boğazları hərbi gəmilər üçün bağlaya bilər

Türkiyə Suriyanın İdlib bölgəsində vəziyyətin gərginləşməsi ilə əlaqədar İstanbul (Bosfor) və Çanaqqala (Dardanel) boğazlarını hərbi gəmilər üçün bağlamaq imkanını nəzərdən keçirir.

Bu barədə “Report” Türkiyə KİV-inə istinadən xəbər verir.

Bundan əlavə, Türkiyə Rusiya “S-400” sistemlərinin ölkə ərazisində yerləşdirilməsini də təxirə sala bilər.