Türkiyə “Bayraktar TB2”nin istehsalını 2,5 dəfə artıracaq
Region
- 02 sentyabr, 2022
- 00:38
Türkiyənin “Bayraktar TB2” pilotsuz uçuş aparatının (PUA) istehsalçısı “Baykar Makina” dronların istehsalını iki dəfədən çox artırmaq niyyətindədir.
"Report" xəbər verir ki, bu barədə "Anadolu"ya şirkətin baş direktoru Haluk Bayraktar bildirib.
Onun sözlərinə görə, bu gün “Bayraktar TB2” istehsalı üzrə müəssisənin gücü ildə 200 ədəddir.
"Gələn ilə qədər bu rəqəmi 500 ədəd “Bayraktar TB2” və 40 ədəd “Bayraktar Akıncı”ya çatdırmağı planlaşdırırıq. İstehsala investisiyalar dayanmır. Biz təkcə Türkiyənin ehtiyaclarını deyil, xaricdən artan tələbatı da nəzərə alırıq", - o deyib.
H.Bayraktar qeyd edib ki, “Bayraktar TB2” hücum dronlarını idxal edən ölkələrin sayı 24-ə çatıb, ixrac gəlirlərinin ümumi gəlir səbətində payı 98 faizdir.
Son xəbərlər
09:11
Moskva bu il Astana ilə AES layihəsini rəsmiləşdirməyə ümid edir
Region09:00
Premyer Liqa: "Neftçi" "Kəpəz"lə, "Sumqayıt" "Araz-Naxçıvan"la üz-üzə gələcək
Futbol08:52
Kanada ilə Çin arasında münasibətlərdə yeni bir dövr başlayır
Digər ölkələr08:33
Rusiya səfiri Putinin Qazaxıstana səfərinə hazırlıqların aparıldığını açıqlayıb
Digər ölkələr08:19
Hava limanı istiqamətində hərəkətə qoyulan məhdudiyyət götürülüb - YENİLƏNİB
İnfrastruktur08:15
Reuters: Avstraliya nüvə sualtı qayıqlarının istehsalına investisiya qoyur
Digər ölkələr08:05
Almaniyada son iki ayda beşinci bank soyğunu baş verib
Digər ölkələr07:31
"Spiegel": Ukraynanın maliyyələşdirilməsi ilə bağlı Münxen danışıqları uğursuz olub
Digər ölkələr07:19