Türkiyə ağacəkmədə ən yüksək göstərici üzrə Ginnesin "Rekordlar" kitabına düşüb - FOTO

Türkiyə ağacəkmədə ən yüksək göstərici üzrə Ginnesin "Rekordlar" kitabına düşüb - FOTO Türkiyədə Milli Ağacəkmə Günündə bir saat ərzində əkilmiş ağac şitillərinin miqdarı üzrə yeni dünya rekordu əldə edilib.
Region
13 Noyabr , 2019 06:13
Türkiyə ağacəkmədə ən yüksək göstərici üzrə Ginnesin Rekordlar kitabına düşüb - FOTO

Türkiyədə Milli Ağacəkmə Günündə bir saat ərzində əkilmiş ağac şitillərinin miqdarı üzrə yeni dünya rekordu əldə edilib.

Bu barədə "Report" "Anadolu" agentliyinə istinadən xəbər verir.

Qeyd edilir ki, həmin gün Çorum əyalətində bir saat ərzində 303150 ağac əkilib. Bu göstəricini Ginnesin "Rekordlar" kitabının nümayəndələri qeydə alıblar. 

Türkiyənin kənd və meşə təsərrüfatı naziri Bekir Pakdemirli bildirib ki, əvvəlki dünya rekordu İndoneziyaya aid olub. Həmin ölkədə bir saat ərzində 232647 ağac əkilib.

Onun sözlərinə görə, Türkiyə Milli Ağacəkmə günündə Çorumda bu rekordu üstələyib.

Ginnesin "Rekordlar" kitabının nümayəndəsi Subaşi Hemçi bir saat ərzində əkilmiş (303150) ağacların miqdarı üzrə dünya rekordunu qeydə alıb. Rekord Türkiyənin Kənd və Meşə Təsərrüfatı Nazirliyinə aiddir", - Pakdemirli deyib.

Onun sözlərinə görə, Türkiyə bu tədbirə bir neçə ay əvvəl hazırlaşıb. Ölkədə Milli Ağacəkmə günündə ümumilikdə 11 milyon ağac əkilib.

Pakdemirli ekoloji təşəbbüsə verdiyi dəstəyə görə həmvətənlərinə təşəkkür edib.

Türkiyədə Milli Ağacəkmə aksiyasına noyabrın 11-də dövlət başçısı Rəcəb Tayyib Ərdoğan start verib. Aksiya yerli vaxtla saat 11:11:11-də ölkənin 81 əyalətində dövlət rəhbərinin təşəbbüsü ilə başlayıb. Prezident özü Ankaranın Yeniməhəllə rayonundakı Batıkənt Çakırlar ərazisində ağac əkib.

Aksiyaya həsr edilmiş mərasimdə çıxış edən dövlət başçısı bildirib ki, son 17 ildə ölkədə 4,5 milyard ağac əkilib. Ölkədə meşələrin sahəsi isə 20,8 milyon hektardan 22,6 milyon hektara çatıb. 

Son xəbərlər

Orphus sistemi