Türkiyə ABŞ-ın terrorçu PKK qruplaşması ilə bağlı qərarını alqışlayıb

Region
  • 02 mart, 2019
  • 12:41
Türkiyə ABŞ-ın terrorçu PKK qruplaşması ilə bağlı qərarını alqışlayıb

Bakı. 2 mart. REPORT.AZ/ “Türkiyə ABŞ-ın terrorçu PKK qruplaşması ilə bağlı qərarını alqışlayır”.

“Report” “Hurriyet”ə istinadən xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy bildirib.

“ABŞ Dövlət Departamenti 1997-ci ildə terror qruplaşması kimi tanıdıqları PKK-nın xarici terror təşkilatları siyahısında qalacağını bəyan edib. Dövlət Departamentinin açıqlamasında PKK-ya qarşı mübarizənin qərarlı formada davam edəcəyi vurğulanıb. Biz də bunu alqışlayırıq. Müttəfiqimiz ABŞ-dan eyni yanaşmanı PKK-nın bölgədəki qolları olan YPG-PYD qruplaşmalarına qarşı da göstərməsini gözləyirik”, - XİN rəsmisi deyib.

Qeyd edək ki, ABŞ Dövlət Departamentinin martın 1-də yaydığı bəyanatda PKK-nın terrorçu qruplaşmalar siyahısında qalacağı bildirilib.