Bakı. 8 iyul. REPORT.AZ/ Ankara ABŞ-ın mövqeyinə görə iqlim üzrə Paris sazişinin ratifikasiyasını dayandırıb.
"Report" xəbər verir ki, bunu G20 sammiti zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
O deyib ki, Türkiyə ABŞ-ın qərarı səbəbindən iqlim üzrə Paris sazişini hələ ki, ratifikasiya etməyəcək.
Bundan əvvəl Vaşinqton sazişdən imtina edib.
ABŞ və G20-nin digər ölkələri arasında iqlim məsələsi üzrə fikir ayrılığı Hamburqda sammitin yekunları üzrə qəbul olunmuş kommünikedə öz əksini tapıb. Sənəddə deyilir ki, iqlim üzrə qərara yenidən baxılmayacaq.