Türk Şurasının ilk turizm paytaxtı elan edilib
Region
- 24 iyun, 2021
- 09:25
Özbəkistanın Kokand şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv dövlətlərin turizm nazirlərinin VI iclası keçirilir.
“Report” Şuranın saytına istinadən xəbər verir ki, tədbirdə Kokand şəhərinin Türk Şurasının ilk turizm paytaxtı elan edilməsi haqqında qərar qəbul edilib.
Bu təşəbbüsü Özbəkistanın idman və turizm naziri Əziz Əbduhakimov irəli sürüb və tədbir iştirakçılarından onu dəstəkləməyi xahiş edib.
Təklif tədbirin bütün iştirakçıları tərəfindən dəstəklənib.
Mərkəzi Asiyanın ən qədim şəhərlərindən biri olan Kokand həm də Özbəkistanın Fərqanə vilayətinin ən böyük şəhərlərindəndir.
Qeyd edək ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin turizm nazirlərinin VI iclası 23-24 iyun tarixlərində keçirilir.
Son xəbərlər
10:01
Xalq şairi Nəriman Həsənzadə palataya köçürülüb, səhhəti yaxşılaşır
Ədəbiyyat09:57
Azərbaycan nefti 1 %-dən çox ucuzlaşıb
Energetika09:50
İki kollecə yeni təyinat olub
Elm və təhsil09:44
Ərdoğan: Türkiyə Rusiya-Ukrayna müharibəsinin həllinə töhfə verməyə hazırdır
Region09:34
Azərbaycan UEFA reytinqində 26-cı pillədəki mövqeyini qoruyub
Futbol09:22
Video
DTX Heydər Əliyevin anım günü ilə əlaqədar video paylaşıb
Daxili siyasət09:07
Azərbaycan Basketbol Liqasının IX turunda bu gün daha iki oyun keçiriləcək
Komanda09:05
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (12.12.2025)
Maliyyə08:59