Tümendə daşqın səbəbindən 133 evi su basıb
Region
- 05 avqust, 2026
- 11:56
Rusiyanın Tümen vilayətinin üç bələdiyyəsində daşqın nəticəsində 130-dan çox yaşayış evini və 2 minə yaxın həyətyanı və bağ sahəsini su basıb.
"Report" Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə vilayətin qubernatoru Aleksandr Moor məlumat verib.
"Üç bələdiyyədə 133 yaşayış evini, 1 964 həyətyanı və bağ sahəsini su basıb. 64 nəfər, o cümlədən 9 uşaq təxliyə edilib. Onlardan 41 nəfəri müvəqqəti yerləşdirmə məntəqələrinə yerləşdirilib", - o bildirib.
Regionda Tura, Tavda və Pışma çaylarında daşqın müşahidə olunur. Tümendə və Nijnyaya Tavda kəndində çaylarda suyun səviyyəsi enməyə başlayıb, Tümen dairəsindəki Pışma çayında suyun səviyyəsi artmaqda davam edir, Tura çayındakı daşqın dalğası isə Yarkovo dairəsinə çatıb.
Son xəbərlər
00:10
Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Qarabağ00:05
Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb
Daxili siyasət00:05
Bu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür
Qarabağ00:00
Azərbaycanın dövlət suverenliyini tam bərpa etməsindən 3 il keçir
Qarabağ23:40
"The Athletic": UEFA püşkatma zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib
Futbol23:34
Trampın iqamətgahı üzərində uçan təyyarə ələ keçirilib
Digər ölkələr23:15
Yaxın Şərqdən çıxan "Abraham Lincoln" gəmisi Quama çatıb
Digər ölkələr23:01
"Trabzonspor" Salahın het-trik etdiyi oyunda "Qalatasaray"a qalib gəlib
Futbol22:59