Tokayev Dubayda keçirilən iqlim sammitində görüşlər keçirib

Tokayev Dubayda keçirilən iqlim sammitində görüşlər keçirib BƏƏ-nin Dubay şəhərində keçirilən BMT-nin Dünya İqlim Fəaliyyəti Sammit başlamamışdan əvvəl Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan və BMT-nin Baş katibi Antonio Quterreşlə qeyri-rəsmi görüşlər keçirib.
Region
1 Dekabr , 2023 12:51
Tokayev Dubayda keçirilən iqlim sammitində görüşlər keçirib
Kasım-Jomart Tokayev

BƏƏ-nin Dubay şəhərində keçirilən BMT-nin Dünya İqlim Fəaliyyəti Sammiti başlamamışdan əvvəl Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan və BMT-nin Baş katibi Antonio Quterreşlə qeyri-rəsmi görüşlər keçirib.

“Report” xəbər verir ki, bu barədə Akorda (Qazaxıstan Prezident Administrasiyası) məlumat yayıb.

Sammit çərçivəsində Tokayev plenar iclasda çıxış edəcək, həmçinin dövlət başçıları və biznes strukturlarının rəhbərləri ilə bir sıra görüşlər keçirəcək.

Sammit dekabrın 12-dək davam edəcək.​

Son xəbərlər

Orphus sistemi