TBMM-də "Terrorsuz Türkiyə" ilə bağlı qanun layihəsi qəbul edilib
Region
- 10 avqust, 2026
- 23:56
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Türkiyə Böyük Millət Məclisində (TBMM) "Milli həmrəylik və ictimai inteqrasiyanın gücləndirilməsinə dair" qanun layihəsi qəbul edilib.
"Report" xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Qanun layihəsinin lehinə 468, əleyhinə 88 deputat səs verib, 6 nəfər tərəfsiz qalıb.
Bildirilib ki, qanun layihəsinin qəbul edilməsi "Terrorsuz Türkiyə" prosesi çərçivəsində atılan mühüm addımlardan biri hesab olunur. Belə ki, yeni qanunla könüllü təslim olan PKK terror təşkilatı mənsublarının hüquqi statusuna yenidən baxılır.
Xatırladaq ki, avqustun 8-də TBMM komissiyası "Terrorsuz Türkiyə"yə dair qanun layihəsini təsdiqləyib.
Son xəbərlər
14:37
Azərbaycandakı yük daşıyıcıları ƏDV və mənfəət vergisi yükündən azad ola biləcək
Biznes
14:35
Azərbaycanda kiberhücum indikatorlarının paylaşılması 3 dəfə artıb
İKT
14:33
Qırmızıbazarda traktor minaya düşüb, xəsarət alan var
Hadisə
14:33
Fermer və təsərrüfatlara 1,9 milyon manata yaxın aqrar sığorta ödənişi edilib
ASK
14:31
Dövlət Vergi Xidməti: Mikrosahibkarların vergi yükü əhəmiyyətli dərəcədə optimallaşdırılır
Biznes
14:30
Efiopiya COP32-nin üç prioritet istiqamətini açıqlayıb
Digər ölkələr
14:28
Azərbaycanlı turistlərin xaricdəki xərcləri 6 %-ə yaxın azalıb
Turizm
14:28
Efiopiya süni intellekt vasitəsilə təbii fəlakətlərin proqnozlaşdırılması sistemini təkmilləşdirir
Digər ölkələr
14:23
Əbu-Dabidə Ukrayna, Rusiya və ABŞ danışıqlarının ikinci günü başa çatıb - Yenilənib
Digər ölkələr