Tbilisinin mərkəzində partlayış olub, ölən var

Tbilisinin mərkəzində partlayış olub, ölən var Tbilisinin mərkəzində, Filarmoniya binasının yaxınlığında güclü partlayış baş verib.
Region
4 Sentyabr , 2020 17:02
Tbilisinin mərkəzində partlayış olub, ölən var
0 : 00
0 : 00

Tbilisinin mərkəzində baş verən partlayışın səbəbi məlum olub.

“Report”un yerli bürosu xəbər verir ki, yaxınlıqda aparılan təmir işlərində istifadə olunan oksigen balonu partlayıb.

Hadisə zamanı 1 nəfər ölüb, 3 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Onlardan birinin vəziyyəti kritik qiymətləndirilir. 

16:53

Tbilisinin mərkəzində baş verən partlayışda 1 nəfər ölüb.

“Report”un yerli bürosu xəbər verir ki, hadisə nəticəsində xəsarət alan digər şəxs xəstəxanaya çatdırılıb.

Polis partlayış baş verən ərazini bağlayıb və müvafiq istintaq tədbirləri həyata keçirilir.  

16:47

Tbilisinin mərkəzində, Filarmoniya binasının yaxınlığında güclü partlayış baş verib.

“Report”un yerli bürosu xəbər verir ki, bir neçə nəfərin xəsarət aldığı bildirilir.

Hadisə yerinə polis və təcili tibbi yardım briqadaları cəlb olunub.

Partlayışın səbəbi hələ məlum deyil. 

 

Son xəbərlər

Orphus sistemi