Tbilisidə xüsusi əməliyyat keçirilir

Region
  • 12 iyun, 2020
  • 13:14
Tbilisidə xüsusi əməliyyat keçirilir

Tbilisinin Kavtaradze küçəsində xüsusi əməliyyat keçirilir.

“Report”un yerli bürosu xəbər verir ki, əraziyə xüsusi təyinatlılar cəlb olunub.

Əməliyyatı Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti keçirir.

Yayılan məlumatlara əsasən, əməliyyat zamanı Çeçenistan vətəndaşı həbs olunub.