Tbilisidə Şuşa zəfəri və Azərbaycan Bayrağı Günü qeyd olunub

Tbilisidə Şuşa zəfəri və Azərbaycan Bayrağı Günü qeyd olunub Tbilisidə Şuşanın işğaldan azad olunması və Azərbaycanın Dövlət Bayrağı Gününə həsr olunan tədbir keçirilir.
Region
9 Noyabr , 2020 14:31
Tbilisidə Şuşa zəfəri və Azərbaycan Bayrağı Günü qeyd olunub
0 : 00
0 : 00

Tbilisidə bayram şənliyi başa çatıb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, tədbir iştirakçıları yallı gediblər.

Sonda Azərbaycan bayrağının rənglərində olan şarlar havaya buraxılıb, "Yaşasın Azərbaycan!", "Qarabağ Azərbaycandır!" şüarları səsləndirilib.

14:02

Tbilisidə Şuşanın işğaldan azad olunması və Azərbaycanın Dövlət Bayrağı Gününə həsr olunan şənlik davam edir.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, mərasim Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Daha sonra Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbir iştirakçılarına Azərbaycan milli musiqi və mahnılarından ibarət kiçik konsert proqramı təqdim edilib, uşaqlar Azərbaycan bayrağına aid müxtəlif rəsmlər çəkiblər. Şənliyin kiçik iştirakçılarının üzlərinə boyalarla üçrəngli bayrağımızın şəkli çəkilib, onlara Azərbaycan bayraqları paylanılıb.

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev tədbir iştirakçılarını ikiqat bayram münasibətilə təbrik edib. O, Gürcüstan azərbaycanlılarında vətənpərvərlik hissinin yüksək olduğunu qeyd edib və azərbaycanlı uşaqların bu ruhda tərbiyələndirilməsini yüksək qiymətləndirib.

Mərasimdə soydaşlarımız, Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları iştirak edirlər.

13:03

Tbilisidə Şuşanın işğaldan azad olunması və Azərbaycanın Dövlət Bayrağı Gününə həsr olunan tədbir keçirilir.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, ikiqat bayram Azərbaycan bayraqları və şarlarla bəzədilmiş Heydər Əliyev adına Parkda şənliklə qeyd olunur.

Tədbiri Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyi təşkil edib.

Mərasimdə kiçik konsert proqramı təqdim olunacaq, uşaqlar Azərbaycana aid rəsmlər çəkəcəklər.

Son xəbərlər

Orphus sistemi