Tbilisidə Saakaşvilinin azad edilməsi tələbi ilə aksiya başlayıb
Region
- 10 oktyabr, 2021
- 14:42
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin tərəfdarları onun azad olunması tələbi ilə Tbilisidəki parlament binasının qarşısına toplaşıblar.
“Report” xəbər verir ki, aksiyanı Saakaşvilini ölkəyə qaytarmaq üçün xalq hərəkatı yaradan Gürcüstan müxalifətinin Qanun və Ədalət Partiyasının lideri Tako Çarkviani təşkil edib.
Etirazçıların əllərində Gürcüstanın milli bayraqları və Saakaşvilinin fotoları var.
Siyasətçinin azad edilməsini tələbi ilə daha geniş miqyaslı aksiyanın oktyabrın 14-də Tbilisinin mərkəzində keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, Saakaşvili oktyabrın 1-də Gürcüstanda saxlanılıb, o, hazırda Rustavi şəhərindəki həbsxanadadır.
Son xəbərlər
08:11
Səudiyyə Ərəbistanı husilərin Ər-Riyad istiqamətində buraxdığı raketi zərərsizləşdirib
Digər ölkələr
08:00
Bakıda FIFA U-15 dünya çempionatı və festivalına start verilir
Futbol
07:55
İran ABŞ-nin hərbi gəmilərinin Fars körfəzinə daxil olmasına icazə verilməyəcəyini bəyan edib
Region
07:20
Tayvan sahillərində iki zəlzələ baş verib
Digər ölkələr
06:57
Fransada yeni etiraz aksiyalarına görə təhlükəsizlik tədbirləri gücləndiriləcək
Digər ölkələr
06:05
İran ordusunun komandanı qoşunları ən yüksək döyüş hazırlığı səviyyəsini saxlamağa çağırıb
Region
05:58
Polşa ABŞ-nin nüvə çəkindirmə proqramına qoşulmaq niyyətindədir
Digər ölkələr
05:28
ABŞ-də məxfi məlumatları sevgilisinə ötürən MKİ-nin podratçısı saxlanılıb
Digər ölkələr
04:58
Venesuelada neft hasilatında son illərin ən yüksək göstəricisi qeydə alınıb
Digər ölkələr