Tbilisidə qətlə yetirilmiş məktəblinin atası saxlanılıb - VİDEO

Tbilisidə qətlə yetirilmiş məktəblinin atası saxlanılıb - VİDEO Tbilisi. 26 oktyabr. REPORT.AZ/ Ötən ilin dekabrında Tbilisinin Xorava küçəsində qətlə yetirilmiş məktəbli David Saralidzenin atası Zaza Saralidze saxlanılıb.
Region
756
26 Oktyabr , 2018 14:05
Tbilisidə qətlə yetirilmiş məktəblinin atası saxlanılıb - VİDEO
0 : 00
0 : 00

Tbilisi. 26 oktyabr. REPORT.AZ/ Ötən ilin dekabrında Tbilisinin Xorava küçəsində qətlə yetirilmiş məktəbli David Saralidzenin atası Zaza Saralidze saxlanılıb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi rəsmi məlumat yayıb.

Bildirilib ki, Z.Saralidze Rustaveli prospektində dəyənəklə xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarına hücum edib. O, hətta təcili tibbi yardım maşınında olan polis əməkdaşlarına da fiziki güc tətbiq etməkdə davam edib. Bundan sonra polis əməkdaşları Z.Saralidze və onu müşayiət edən iki nəfəri saxlayıblar.

DİN Z.Saralidze və polis əməkdaşları arasında yaranmış qarşıdurmanın videogörüntülərini da yayıb.

Qeyd edək ki, Z.Saralidze sentyabrın 10-dan etibarən Gürcüstan parlamentinin Tbilisidəki binası qarşısında hökumətin istefası tələbi ilə etiraz aksiyası keçirir. O, oğlunun qətlə yetirilməsi ilə bağlı istintaqın nəticələrindən narazıdır.

Aksiyanı Pankisidə ötən ilin sonunda keçirilmiş xüsusi əməliyyat zamanı ölən Temirlan Maçalikaşvilinin atası Malxaz Maçalikaşvili də dəstəkləyir.

Son xəbərlər

Orphus sistemi