Tbilisidə polis və müxalifətçilər arasında qarşıdurma olub, 10 nəfər saxlanılıb

Tbilisidə polis və müxalifətçilər arasında qarşıdurma olub, 10 nəfər saxlanılıb Hadisə zamanı polisə müqavimət göstərən 10 fəal saxlanılıb
Region
19 Fevral , 2021 17:00
Tbilisidə polis və müxalifətçilər arasında qarşıdurma olub, 10 nəfər saxlanılıb

Tbilisidə Gürcüstan parlamentinin binası qarşısında müxalifət tərəfdarları və polis əməkdaşları arasında qarşıdurma baş verib.

“Report”un yerli bürosunun xəbərinə görə, insidentə səbəb müxalifətçilərin qanunverici orqanın qarşısında çadırlar quraşdırmaq cəhdi olub.

Polis əməkdaşlarının buna imkan verməməsi fiziki qarşıdurma ilə nəticələnib.

Hadisə zamanı polisə müqavimət göstərən 10 fəal saxlanılıb.

Aksiyaçılar növbədənkənar seçkilər tələb ediblər.

Son xəbərlər

Orphus sistemi