Tbilisidə özünü 8-ci mərtəbədən atan azyaşlı sağ qalıb

Region
  • 14 may, 2019
  • 09:04
Tbilisidə özünü 8-ci mərtəbədən atan azyaşlı sağ qalıb

Tbilisinin Qldani rayonunda 4 yaşlı uşaq “hörümçək adam” kostyumunda 8-ci mərtəbədən özünü yerə atıb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, hadisə mayın 8-də qeydə alınıb.

Azyaşlı çox sayda xəsarətlərlə İaşvili adına Uşaq Xəstəxanasına yerləşdirilib. Hazırda onun vəziyyəti qənaətbəxşdir. Uşağın bu gün xəstəxanadan evə yazılacağı gözlənilir.

İnsidentlə bağlı istintaq aparılır.