Tbilisidə mer seçkilərinin ikinci mərhələsi gözlənilir

Tbilisidə mer seçkilərinin ikinci mərhələsi gözlənilir Gürcüstanın paytaxtı Tbilisi şəhərinin mer vəzifəsinə seçkilərin ikinci mərhələsinin təyin olunacağı gözlənilir.
Region
3 Oktyabr , 2021 07:55
Tbilisidə mer seçkilərinin ikinci mərhələsi gözlənilir

Gürcüstanın paytaxtı Tbilisi şəhərinin mer vəzifəsinə seçkilərin ikinci mərhələsinin təyin olunacağı gözlənilir.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasından (MSK) bildirilib.

Paytaxtdakı seçki məntəqələrinin 320-də bülletenlər (41,61 %) artıq hesablanıb. Nəticələrə əsasən, hakim Gürcü Arzusu Partiyasının namizədi Kaxa Kaladze 45,5 %, müxalif Vahid Milli Hərəkat Partiyasının namizədi Nika Meliya 34,13 %, “Gürcüstan naminə” partiyasından namizəd Giorgi Qaxariya isə 8,97 % səs toplayıb.

Qeyd edək ki, Tbilisi meri postu uğrunda ümumilikdə 16 namizəd mübarizə aparıb.

Son xəbərlər

Orphus sistemi