Tbilisidə kütləvi etiraz aksiyası başa çatıb - YENİLƏNİB

Tbilisidə kütləvi etiraz aksiyası başa çatıb - YENİLƏNİB Gürcüstanın paytaxtı Tbilisidə ölkə parlamentinin binası qarşısında keçirilən kütləvi etiraz aksiyası başa çatıb.
Region
22 İyun , 2019 01:05
Tbilisidə kütləvi etiraz aksiyası başa çatıb - YENİLƏNİB

Gürcüstanın paytaxtı Tbilisidə ölkə parlamentinin binası qarşısında keçirilən kütləvi etiraz aksiyası başa çatıb.

"Report"un yerli bürosu xəbər verir ki, iştirakçılar aksiyanın gecə saatlarında davam etdirilməyəcəyini bildiriblər.

Aksiyanın sabah, yerli vaxtla saat 19:00-da yenidən keçirilməsi barədə qərar qəbul olunub.


***00:54

Gürcüstanın paytaxtı Tbilisidə davam edən etiraz aksiyasında ölkənin daxili işlər naziri Giorgi Qaxarianın istefası tələbinin yerinə yetirilməsi üçün yerli vaxtla saat 01:00-dək vaxt verilib.

"Report"un yerli bürosu xəbər verir ki, etirazçılar bildiriblər ki, tələb yerinə yetirilməsə, onlar "başqa" hərəkət edəcəklər.

G.Qaxarianın istefa verməyəcəyi halda, aksiya iştirakçıları növbəti addımları ilə bağlı planlarını elan edəcəklər.

Son xəbərlər

Orphus sistemi