Tbilisidə cinsi azlıqların paradına icazə verilməyib

Region
  • 31 may, 2019
  • 13:02
Tbilisidə cinsi azlıqların paradına icazə verilməyib

Gürcüstanın paytaxtı Tbilisidə LGBT nümayəndələrinin iyunun 18-23-də keçirmək istədikləri parada icazə verilməyib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

DİN-də “Tbilisi pride” təşkilatının nümayəndələri ilə keçirilən görüşdə paradın keçirilməsinin təhlükəsizlik baxımından mümkün olmadığı izah olunub.

Nazirlik cinsi azlıq nümayəndələrinə özlərini ifadə etmələri üçün digər təhlükəsiz və alternativ imkanlar təklif edib.