Bakı. 30 yanvar. REPORT.AZ/ Bu gecə səhərə yaxın Tbilisinin mərkəzində “Uşaq aləmi” mağazalar şəbəkəsində yanğın baş vermiş bina yenidən alovlanıb.
Bu barədə "Report" "Rustavi 2" teleşirkətinə istinadən xəbər verir.
Alov yenidən Ticarət Mərkəzinin daxilində baş verib. “Uşaq aləmi”nin ətrafı hasara alınıb. Yanğın səhərə yaxın “Uşaq aləmi”nin ərazisinə və "Qızıl birja" qızıl məmulatları pavilyonuna yayılıb. Ticarət Mərkəzinin binası və pavilyon tamamilə yanıb. Tibilisidə 26 yanğınsöndürən briqada alovun qarşısını 6 saat ərzində alıb.
Dəymiş ziyanın məbləği hələlik məlum deyil.